Accessibility links

Prezident  Buş terrorimzlə mübarizede böyük inkişaf olduğunu deyir - 2002-11-16


Prezident Buş Daxili Təhlükəsizlik nazirliyinin təşkilinə razılıq verdiyi üçün Konqresə təşəkkür edib. Həftəlik radio müraciətində prezident demişdir ki, təşkil edilməsi bir neçə milyard dollara başa gələcək nazirlik terror hücumları və kütləvi qırğın silahlarından qorunmaq üçün lazımi texnoloğiyanın inkişaf etdirilməsi ilə məşğul olacaq. Prezident Buş çxıışında habelə demişdir ki, İraqın BMT-nin silah müfəttişlərinin kütləvi qırğın silahlarının inkişaf etdirildiyi obyetklər sayılan yerlərə maneəsiz getməsinə imkan verməsi yaxşı bir əlamətdir, lakin o xəbərdarlıq etmişdir ki, bunun gecikdirilməsi ciddi nəticələrə gətirib çıxara bilər.

Bu arada, Demokratlar partiyasının nüfuzlu nümayəndələri terrorla müharibənin prezidentin dediyi kimi uğurla aparılmasına şübhə etdiklərini bildiriblər. Senatda demokratik əksəriyyətin getməkdə olan lideri Tom Dəşlin bildridiyinə görə, Üsəma Bin Ladenin səsinin yazıldığı kaset onu göstərir ki, Əl-Qaidənin əsas elementlərinə qarşı əməliyyatlarda hələ böyük müvəffəqiyyət əldə edilməyib və təşkilatın bu gün törətdiyi təhlükə keçən il olduğu kimi böyükdür.

XS
SM
MD
LG