Accessibility links

Britaniya Iraqın terksilah olacağına əmindir - 2002-11-18


Britaniyanın xarici işlər naziri Cək Strou İraqın tərksilah olacağına əmin olduğunu bildirib. Lakin Brüsseldə müxbirlərə söhbət edən xarici işlər naziri əlavə edib ki, bunun sülh yolu ilə, ya da digər yolla baş verib-verməməsi İraq lideri Səddam Hüseyndən asılı olacaq. Cənab Strou prezident Səddam Hüseynin düşüncəsi olduğuna və BMT-nin silah müfəttişlərilə əməkdaşlıq etməsə ciddi nəticələrlə qaşılaşacağını başa düşdüyünə inandığını deyib. Bu arada, Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild bildirib ki, İraqın tələbləri yerinə yetirib-yetirməməsi haqda qərar çıxararkən BMT-nin Təhlükəsizlik Şurasının indiyə qədər İraqın necə davrandığını da nəzərə alacağına inanır.

XS
SM
MD
LG