BMT-nin silah müfəttişləri ilk dəfə İraqın Təhlükəszlik Şurasına təqdim etdiyi silah bəyannaməsində göstərilən sahədə olmuşlar. Bağdadın cənubunda yerləşən və raket ehtiyat hissəsləri istehsal edən zavod müfəttişlərin bu gün olduqları 6 yerdən biri idi. Digər sahələrə İraqın ƏL Tuveyta nüvə kompleksi də daxildir. Qeyd edək ki, Birləşmiş Ştatlar ekspertləri İraqın kimyəvi, bioloji və nüvə silahları ilə bağlı mə’lumatının arasdırılmasını davam etdirirlər. BMT-nin baş silah müfəttişi Həns Bliks 12 min səhifəlik hesabatla bağlı ilkin dəyərləndirilmənin gələn həftə açıqlanacağını demişdir.