Accessibility links

İranda bəzi telekanalları tutmaq mümkün olacaq - 2002-12-17


İranın islahatçı parlamenti islam respublikasında peyk televiziya antennalarına qoyulan qadağanı yüngülləşdirən qanun layihəsini təsdiq edib. Bununla əsas e’tibarilə din, mədəniyyət və təhsil proqramlarının göstərildiyi İranda bə’zi telekanalların yayımına imkan yaradılacaq. Qanun layihəsinin qüvvəyə minməsi üçün o, mühafizəkarların nəzarət altında olan Nəzarət Şurasın tərəfindən təsdiq edilməlidir. Qeyd edək ki, şura bu yaxınlarda bunun islam qanununa zidd olduğu qərarına gələrək, qanunun təsdiq olunmasının qarşısını almışdı.

XS
SM
MD
LG