Accessibility links

Keniyada müxalif namizəd prezident seçkilərində qələbə çaldı - 2002-12-29


Keniyada müxalifətdən olan namizəd Mvay Kibaki cümə günü keçirilmiş prezident seçkilərinin rəsmi olaraq qalibi e’lan edilmişdir. İlkin nəticələr onun səslərin 63 fazini qazandığını göstərir. Seçki komissiyası bunu heç kəsin çata bilməyəcəyi hədd adlandırmışdır. Bugünkü çıxışında cənab Kibaki korrupsiya ilə ciddi mübarizə aparacaq geniş hökumət yaradacağını və’d etmişdir. Prezident seçkilərində uzun müddətdir hakimiyyətdə olan Milli Afrika Birliyindən namizəd Uhuru Kenyatta məğlubiyyətini qəbul etmişdir. Mvay Kibakinin Mili Göy qurşağı koalisiyası parlamentə nəzarəti də hakim partiyanın əlindən almışdır.

XS
SM
MD
LG