Accessibility links

Tariq Əziz: Amerika nə olursa-olsun İraqın işğalını planlaşdırır - 2003-01-02


İraqın baş nazir müavini Tariq Əziz Birləşmiş Ştatları BMT-nin silah təftişinin nəticələrindən asılı olmayaraq, İraqa qarşı hücum planlaşdırmaqda ittiham edib. Tariq Əziz deyib ki, Vaşinqton İraqa müdaxilə etmək və işğal edib ölkənin ehtiyatlarından Amerikanın ehtiyacları üçün istifadə etmək məqsədilə “imperialist bir plan” hazırlayıb. Birləşmiş Ştatlar bir neçə ay üçün hərbi qüvvələri Körfəzdə cəmləşdirirlər. Bununla belə, prezident Buş çərşənbə axşamı günü İraqın kütləvi qırğın silahları ilə bağlı yaranmış problemin sülh yolu ilə həll ediləcəyinə ümid bəslədiyini bildirmişdir. BMT-nin müfəttişləri isə bu gün təftişi davam etdirərək İraqın hava bazasının anbarı da daxil olmaqla, beş müxtəlif obyektdə yoxlama aparmışlar.

XS
SM
MD
LG