Accessibility links

Iraq alimləri müsahibə vermirlər - 2003-01-23


İraqın BMT-nin silah müfəttişləri ilə iş aparan generalı Hossam Amin indiyədək İraq alimlərinin özəl müsahibələr verməkdən imtina etdiklərini demişdir. Bu gün Bağdadda keçirilən mətbuat konfransında general Amin bildirmişdir ki, İraq hökuməti müsahibələrin İraqın nəzarəti olmadan keçirilməsinə çalışsa da, alimləri razı sala bilməmişdir. Qeyd edək ki, Birləşmiş Ştatlar BMT-dən alimlərin İraqın silah proqramları haqda mə’lumat əldə edilməsi üçün təkbətək və ölkə xaricində müsahibələr keçirməsini istəyir.

XS
SM
MD
LG