Accessibility links

Çiçək xəstəliyinə qarşı hamı peyvənd qəbul etməlidirmi - 2003-03-08


Birləşmiş Ştatlarda çiçək xəstəliyinə qarşı peyvənd edilməsi məsələsi bu gün təkcə tibb işçiləri deyil, siyasətçilərin diqqət mərkəzində olan bir məsələyə çevrilmişdir. Siyasətçilər bioterrorizm təhlükəsi qarşısında bu xəstəliyin Amerikada yayıla bilməsindən ehtiyat edirlər. Çiçək xəstəliyinə qarşı dünya miqyasında peyvənd edilməsi nəticəsində 1970-ci illərdə xəstəliyin epidemiyasının qarşısını almaq mümkün olmuşdu. Lakin Amerikanın rəsmi nümayəndələri bir zamanlar labaratoriyalarda qalmış bə’zi nümunələrin sonradan aparıla biləcəyini, ya da bakteriyanın məvh edilməyəcəyini fikirlərinə gətirməmişdilər. İndi çiçək xəstəliyini yaradan bakteriya terroçuların əllərinə keçə bilərmi? Ya da İraq bundan Amerikanın hücumundan bir müdafiə kimi istifadə etdə bilərmi? Bu, indi siyasətçilər qarşısında duran suallardır. Prezident Buşun bir milyon yarım hərbi personala peyvənd edilməsi haqda qərarı bu narahatlıqların əbəs olmadığını göstərir. Lakin Amerikalılar arsında peyvəndin könüllü olaraq qəbul edilməsi qərarını verməklə prezident çiçək xəsətləyilə bağlı problemin mövcudluğunu beləliklə e’tiraf etmiş və Ümumidünya Səhiyyə təşkilatının keçən il hamıya peyvənd vurulmaması haqda xəbərdarlığı ilə razı olmuş olmuşdur. Belə ki, təşkilat çiçək xəsətəliyinə qarşı peyvəndin təhlükəli olduğunu hesab edir. Digər peyvəndlər virusu məhv edib zəiflətdiyi və insanın immun sistemini xəstəliyə hazırladağı halda, çiçək peyvəndi canlı vaksin virusu olduğu üçün insan orqanizmini zəhərləmək tə’sirinə malikdir. 1960-cı illərdə aparılmaış tədqiqatlar göstərmişdir ki, peyvənd edilmiş bir milyon adamdan 15-50-i ensefalit beyin iltihabı və dəri ekzeması kimi yan tə’sirlərə mə’ruz qalır. Bunların ikisindən biri isə ölür. Bundan əlavə, Birləşmiş Ştatların səhiyyə naizrliyinin keçmiş rəsmi nümayəndəsi, Con Hopkins univertietində Mülki Biomüdaifə tədqiqatları şö’bəsindən Donald Henderson peyvəndi qəbul etməmiş insanların daha böyük təhlükə qarşısında olduğunu deyir. “Təkcə ona görə yox ki, bu peyvənd bizə mə’lum bütün başqa peyvəndələrə nisbətən daha agırdır, həm də ona görə ki, onu qəbul edənlərlə müqayisədə onu qəbul etməyənlər daha böyük risk qarşısındadırlar. Beləliklə, vaksinin virusunun bir-birindən başqasına keçməsi təhlükəsi yaranır. Əslində, 1963 və 68-ci illərin rə’y sorğularına görə, vaksini qəbul edənlər bir tərəfə, təmasda olanlar arasında daha çox hallar müşahidə olunmuşdu.”

Peyvəndin riskli nəticələrinə görə, mütəxəssislər Birləşmiş Ştatlar əhalisinin böyük bir hissəsinin bunu qəbul etməməli olduğunu deyirlər. Müdafiə nazirinin səhiyyə məsələləri üzrə müavini doktor Sü Beyli. “Bu ölkədə çox sayda adam immun sistemləri zəifləyəcəyinə görə peyvənd qəbul etməməlidir, çünki onlar xərçəng xəstəliyindən müalicə olunurlar, ya H-İ-V virusunun daşıyıcısıdılar, ya da deyək ki, onlar üzərində orqan köçürmə əməliyyatı keçirilmişdir, ekzema kimi dəri xəstəlikləri var. Bundan başqa uşaqlar, hamilə qadınlar var. Beləliklə, görürsünüz ki, Amerikalıların 50 milyonuna qədəri peyvənd qəbul etməməlidir və əslində, peyvənd qəbul etmiş adamlarla da təmasda olmamalıdır.”

Butun bunlarla yanaşı, hələlik çiçək xəstəliyinə qarşı peyvəndə müəyyən qrupun ehtiyacı olduğu halda, alimlər daha təhlükəsiz metodlar üzrində işləyirlər. Bu, Birləşmiş Ştatlar hökuməti yanında Milli Allergiya və Yoluxucu xəstəliklər institutunun qarşısına qoyduğu məqsəddir. Mərkəzin direktoru Entoni Fouçi deyir ki, indi daha az toksik xassəsli vaksinlər üzərində iş gedir və bunlar immun sistemi zəif insanlara vurula biləcək. Əlbəttə, bunun təcrübədə həyata keçməsinə hələ bir-iki il var, amma bu, mərkəz qarşısında qoyulan əsas məqsəddir.

XS
SM
MD
LG