Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının lideri Rəcəp Tayyib Ərdoğan ölkənin baş naziri tə’yin olunub. Cənab Ərdoğan baş nazir vəzifəsinə ölkə prezidenti Əhməd Necdət Sezər tərəfindən tə’yin edildiyini və ona yeni hökumət təşkil etmək tapşırıldığını bu gün bəyan edib. Rəcəp Tayyib Ərdoğan bildirib ki, onun təşkil edəcəyi yeni hökumət parlamentdə Birləşmiş Ştatların hərbi qüvvələrinə İraqla mümkün müharibədə ölkə ərazisindən istifadə etmək üçün səsvermə keçirib-keçirməmək məsələsini həll edəcək. Cənab Ərdoğan həmçinin deyib ki, o, partlamentdə Amerika hərbi qüvvələrinin yerləşdirilməsinə icazə verilməzdən əvvəl, Birləşmiş Ştatların Türkiyənin mühairbədən sonrakı İraqda rolunun nədən ibarət olacağını açıq bildirməsini istəyir.