Accessibility links

Pakistan İraqla müharibəni dəstəkləməyə çətinlik çəkir - 2003-03-11


BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olmayan Pakistan İraq böhranının sülh yolu ilə həlli üçün daha çox vaxt verilməli olduğunu bildirib. Baş nazir Zəfərulla Xan Camali bu gün xalqa müraciətində öz mövqeyini bildirərək deyib ki, Pakistanın İraqla müharibəni dətəkləməsi çətindir. Pakistanda hakim Müsəlman Liqası partiyasının rəsmi nümayəndələrinin dediyinə görə, baş nazirin kabineti BMT-nin müharibəyə yol verəcək hər hansı bir qətnaməsilə bağlı səsvermədə iştirak etməmək qərarına gəlib.

XS
SM
MD
LG