Accessibility links

Azərbycanda demokratiyaya dair ilk kitabxana - 2003-03-13


Açıq cəmiyyət qurmaq istəyirsənsə. xalqın demokratiya barədə biliklərini genişləndirməlisən. www.kitabxana.org səhifəsindəki Demokratiya Evinin məqsədi də məhs budur. Bu. İnternetdə Azərbaycan türkcəsində Demokratiya və İnsan Haqları üzrə ilk geniş informasiya bazasıdır. Burada Azərbaycanın və dünyanın demokratik ölkələrinin ictimai və siyasi həyatı, elm, tarix, ədəbiyyatı və incəsənəti haqqında bilgilər tapa bilərsiziniz. Kitabxanada həmçinin Türkiyə türkcəsində, ingilis və rus dillərində materiallar tapmaq mümkündür. Demokratiya Evi müsəqil İqtisadi və Siyasi araşdırmalar Mərkəzi – FAR CENTER tərəfindən ACİ-fondun yardımı ilə 2002-Cİ ilin əvvəlində yaradılmışdır. Burada qədim yunan antalogiyasından tutmuş müasir liberal-demokratiyanın tarixi inkişafına qədər müxtəlif dərgilər tapmaq mümkündür. Proyektin koordinatoru Azərbaycanda demokratiya haqqında kitabın ilk müəllifi Hikmət Hacızadədir. Qeyd edək ki, Demokratiya Evində olan bütün materiallar yalnız tədris məqsədi ilə istifadə oluna bilər. Azərbaycanda internetin sürətlə inkişaf etdiyini nəzər alsaq. Demokratiya Evi kitabxanasına girib məlumat əldə edənlərin sayinin artacağına da ümid etmək olar.

XS
SM
MD
LG