Çin və Rusiya bildirmişlər ki, İraq müharibəsinə tə’cili şəkildə son qoyulmalı, münaqişənin dinc yolla həllində BMT məs’uliyyət daşımalıdır. Çin liderləri ilə iki günlük danışıqlardan sonra Rusiyanın xarici işlər nazirinin müavini Yuri Fedotov hər iki ölkənin müharibənin nəticələrindən narahatlığını bildirmişdir. Cənab Fedotov demişdir ki, Rusiya və Çin İraqın iqtisadi maraqlarının qorunmasında həmfikirdirlər. Buna nail olunması üçün müharibənin bütün mərhələləri və İraqın müharibədən sonrakı yenidənqurma işində BMT-nin rolu zəruridir.