Accessibility links

Corc Buş: Bağdad hələ də təhlükəli yerdir - 2003-04-09


Prezident Buş İraqdakı hərbi kampaniyadan razılığını bildirsə də, təhlükənin hələ də mövcud olduğunu deyir. Ağ Evin nümayəndəsi Ari Flayşerin bildirirdinə görə prezident Buşu koalisiya qüvvələri paytaxtın mərkəzinə doğru irəlilədikcə, Bağdadın bə’zi bölgələrində şənliklər keçirilməsi fərəhləndirmişdir. Lakin eyni zamanda prezident Amerika xalqına bir daha Bağdadın təhlükəli yer olduğunu xatırladaraq demişdir ki, koalisiya qüvvələri hələ də döyüşlərin mərkəzindədir.Ari Flayşerin çıxışı Amerika televiya şəbəkələrinin Bağdadın bə’zi bölgələrində əhalinin talançılıqla məşğul olduğunu və ara-sıra atəş açıldığını nümayiş etdiyi bir vaxt edilmişdir. Cənab Flayşer Bağdadda keçirilən şənlikləri “bəşəriyyətin azadlıq ehtirasına gözəl bir nümunə” adlandırmışdır. O, günün sözünün “ehtiyat” olduğu demiş, mətbuat və ictimaiyyəti hadisələri qabaqlamamağa çağırmışdır.

XS
SM
MD
LG