Accessibility links

Səddam Hüseyn Bağdadın nəzarətini itirir - 2003-04-09


Birləşmiş Ştatların qoşunları Bağdadın mərkəzinə doğru irəliləyiblər. Bu arada, İraq paytaxtında döyüşlərin davam etdiyi xəbər verilir. Bağdadın Firdos Meydanında Amerikanın dəniz desantçılarının köməyi ilə İraqlılar Səddam Hüseynin böyük bir heykəlini aşırıblar. Heykəlin yıxılmasını iraqlılar sevinc və rəqslərdə qarşılayıblar. Bağdad universiteti yaxınlığında isə döyüşlər davam edir. CNN-nin müxbiri Amerika qoşunlarının bu məntəqədə güclü atəşə məruz qaldığını xəbər verib. Birləşmiş Ştatların Mərkəzi Komandanlığın rəsmi nümayəndəsi, Briqada Generalı Vinsent Bruks Səddam Hüseynin Bağdadın nəzarətini itirdiyini bildirirb.

XS
SM
MD
LG