Accessibility links

ABŞ Suriyaya qarşı sanksiyalar tətbiq edə bilər - 2003-04-14


Birləşmiş Ştatlar İraqla müharibə zamanı tutduğu mövqeyə görə Suriyaya qarşı iqtisadi və diplomatik sanksiyaların tətbiq edilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirir. Dövlət katibi Kolin Pauelin bu bəyanatı Amerika və Britaniyanın Suriyanın hakimiyyətdən salınmış İraq liderlərinə sığınacaq verməsi və kimyəvi silahlara malik olması barədə iddialara cavab verməsi üçün Dəməşqə təzyiq göstərdikləri vaxta təsadüf edir. Dövlət katibi Pauel qeyd etmişdir ki, Amerika diplomatları Suriyanı Birləşmiş Ştatların narahatlıqlarından xəbərdar etmişlər. Birləşmiş Ştatların hərbi nümayəndələrinin vediyi mə’lumatagörə, koalisiya qüvvələrinə qarşı döyüşmək üçün İraqda olan xaricilərin çoxu buraya Suriyadan gəlmişdir.

XS
SM
MD
LG