Accessibility links

"Nyu York Tayms" qəzetinin bugünkü nömrəsində - 2003-04-16


“Nyu York Tayms” qəzetinin bugünkü nömrəsində dərc edilən David Sanger və Tom Şenkerin məqaləsi Prezident Buşun Süriya və İrana təzyiq göstərməsi və İraqın Suriyadan keçən neft kəmərənin bağlanması məsələsinə həsr edilib. Məqalədə deyilir ki, ABŞ İraqda tezliklə əldə etdiyi qələbədən sonra İraqın qonşuları Suriya və İrana təzyiq göstərmək istəyir. Suriyaya qarşı ilk iqtisadi sanksiya olaraq İraq neftini Suriyadan aparan neft kəmərinin bağlanacağı artıq ABŞ rəsmiləri tərəfindən élan edilib. İndi ABŞ-ın yüksək vəzifəli şəxsləri Yaxın Şərgi yenidən formalaşdırmaqdan bəhs edirlər. Prezident Buş isə bildirib ki, yeni İraq Yaxın Şərgdə demokratiya üçün bir model olacaq. ABŞ rəsmi nümayəndələri tezliklə əldə eilmiş qələbənin yeni imkanlar yaradacağını desələr də, Prezident Buş qeyd edib ki, hərbi əməliyyatların komandiri general Tommi Frensk bütün hərbi hədəflərə nail olduğumuzu müəyyən edənə qədər biz tam gələbə əldə etdiyimizi deyə bilmərik. Bu isə aylarla vaxt apara bilər. Buna baxmayaraq Pentaqon İraqa əlavə 24 min qoşunun göndərilməsi planından imtina edib. Müdafiə Naziri Donald Ramsfild bağlanacağını bildirdiyi neft kəməri ilə gündə 200 min ton neft göndərilirdi. BMT-nin sanksiyalarını pozaraq İraqla Suriya arasında davam etməkdə oaln sövdələşməyə əsasən Suriya həmin neftin qarşılığını mallarla ödəyirdi. Həmin kəmərin bağlanacağının bildirilməsi isə ABŞ-ın yeni mövgeyindən istifadə edərək, Suriyaya təzyiq göstərəcəyi haqda Prezident Bəşir Əl-Əsada əsaslı xəbərdarlıqdır. Həmin neft kəməri Suriya üçün çox mühüm bir gəlir mənbəyi idi. ABŞ Dövlət Katibi Kolin Paul ölkəsinin Yaxın Şərgdə geniş hərbi ambisiyaları olmadığını bildirib. O, bunu da qeyd edib ki, hazırda əlavə müharibə planları yoxdur. Ancaq onun “hazırda” sözünü işlətməsi Yaxın Şərqdə narahatlığa səbəb ola bilər. NYT yazır ki, keçən payızda da Ağ Ev bildirmişdi ki, “hazırda” Prezident Buşun masasında İraqla müharibə barədə bir plan yoxdur. Cənab Paul Suriya və İranla əlaqədar qayğıları olduğunu bir daha təkrar etməklə, bu regionlarda hökumətləri devirmək kimi bir planları olmadığını bildirib. O İranın nüvə proqramı barədə ABŞ-ın narahatlığını bildirib. ABŞ-ın Suriyaya təzyiqləri isə Ərəb ölkələrində reaksiyalara səbəb olub. Çoxlu ərəb ölkəsinin rəsmi nümayəndələrinin verdikləri bəyanatlar ABŞ-ın İraqda tətbiq etdiyi planları başqa ölkələrdə tətbiq etməməsinə çağırıblar. NYT-da dərc edilən digər bir məqalə isə Səddam Hüseynin sonuncu dəfə xalq arasında görünməsi məsələsinə həsr edilib. Jon Börnz yazır ki, o burada idı və sonra bir kölgə kimi yoxa çıxdı. Bildirildiginə görə o, keçən çərşənbə günü günorta namazı vaxdında ətrafındakı kiçik bir qrupla Əthəmiyyə məscidnin yanındakı meydançaya gəlib və burada əhali ilə söhbət edib. O həmin məydançada İraq xalqına görünür axırıncı və’dini verib. Səddam Hüseyn əhaliyə deyib: “ Mən də sizlərlə eyni səngərdə vuruşuram”. Hadisənin şahidlərinin dediklərinə gödə İraqın keçmiş lideri daha sonra onu alqışlayanlar arasından maşınla ayrılıb. Qəzetin yazdığına görə bundan 12 saat sonra ABŞ təyyarələri buranı bombalayıblar. Daha sonra isə tanklarla məscidə hücum edilib və məscidin bir minarəsi açılan atəş nəticəsində xəsarət alıb. 8-ci əsrdən qalmış, müsəlmanların müqəddəs ziyarətqahlarından olan Əbu Hənifənin qəbrinin olduğu zalın qapısı isə atılan raketlə dağıdılıb. Görünür qoşunlar Səddam Hüseynin burada gizləndiyini fikirləşirdilər. Səddam Hüseyn isə burada deyildi və İraq liderinin xalq arasında axırıncı dəfə görünməsindən sonra haraya getdiyi hələ də İraq müharibəsinin ən mühüm sualı olaraq qalır. ABŞ kəşfiyyatı onun hava hücumları nəticəsində öldürüldüyü ehtimalı üzərində dayanır. Əthəmiyyə həm Bəəs partiyasının və həm də Səddam Hüseynin güclü himayə edildiyi yer olub və buna görə də bə’ziləri onun Bağdadda, Əthəmiyyədə olduğuna inanırlar.

XS
SM
MD
LG