Müdafiə Naziri Donald Ramsfeld bildirib ki, Birləşmiş Ştatlar İraqda İrana bənzər bir hökumətin yaranmasına imkan verməyəcək. Cənab Ramsfeld bildirirb ki, şübhəsiz, İran belə bir vaxtda İraqa tə’sir göstərməyə çalışır. Lakin müxbirlərlə söhbəti zamanı Birləşmiş Ştatların Müdafiə Naziri deyib ki, Buş administrasiyası müharibədən sonrakı İraqın yenidənqurulmasında kiminsə müdaxilə etməsinə imkan verməyəcək. O, bildirib ki, azlıq təşkil edən qrupların İraqı İrana çevirmək cəhdlərinə icazə verilməyəcək və İraq xalqının demokratiyaya keçidi zamanı İraqda diktaturanın başqa bir formasının tətbiq edilməsinin qarşısı alınacaq. Lakin o əmin olduğunu bildirirb ki, iraqlılar, onun sözlərilə desək, farslar tərəfindən deyil, iraqlılar tərəfindən idarə edilmələrinə üstünlük verəcəklər.