Accessibility links

Putin keçmiş sovet republikalarına daha artıq hərbi yardım və’d edir - 2003-04-28


Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizilk müqaviləsi təşkilatına daxil olan dövlətlərə daha çox hərbi yardım və’d edib. Prezident Putin Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın prezidentlərinə Moskvanın bu ölkələri Rusiya hərbi qüvvələri ilə eyni şərtlər əsasında silah və hərbi avadanlıqla tə’min edəcəyini bildirib. Bu gün təşkilata üzv dövlətlərin Tacikistan prezidenti İmamoli Raxmonovun Düşənbədəki iqamətgahında keçən sammitindən sonra Rusiya prezidenti müxbirlərə bildirib ki, təşkilatın əsas məqsədi üzv dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyini tə’min etməkdən ibarətdir.

XS
SM
MD
LG