Accessibility links

ABŞ-ın dövlət katibi Livandadır - 2003-05-03


Birləşmiş Ştatların hazırda Livanda olan dövlət katibi Kolin Poeull deyib ki, Suriya artıq İsrail əleyhinə olan qrupların ofislərini bağlamağa başlayıb. Lakin Vaşinqton Dəməşq hökumətinin daha artıq iş görməsini gözləyir. Yaxın Şərq səfərinin ikinci günü dövlət katibi Vaşinqtonun Livan sərhədlərində fəaliyyət göstərən Hizbullah şiə qrupu ilə bağlı narahatlığını da dilə gətirib. O deyib ki, Livan ordusu Hezbullahın mövcudluğuna son qoymalıdır.

XS
SM
MD
LG