Accessibility links

İran terrorizmi dəstəkləyən ölkələr arasındadır - 2003-05-03


Birləşmiş Ştatların Dövlət Departamenti terrorizmi dəstəkləyən ölkələrlə bağlı “Qlobal terrorizmin yolları” adlı hesabatını açıqlamışdır. Hesabatda deyilir ki, Amerika hökumətinin təzyiqlərinə baxmayaraq, terrorizmin sponsorları olan Kuba, İran, İraq, Şimali Koreya, Suriya və Sudan 2002-ci ildə terrorizmdən uzaqlaşma sahəsində heç bir lazımi addım atmamışlar. Bu ölkələr arasında İran terrorizmi dəstəkləyən fəal ölkə olaraq qalır. İranın Nəzarət Şurası, Kəşfiyyat və Təhlükəszilik nazirliyi terrorizmi qarşısına məqsəd qoyan qrupların planları, onların əməllərini dəstəkləyir. İranın Əl-Qaidə ilə bağlı qarışıqvə ziddiyyətli göstəricələri mövcuddur. İran Əl-Qaidə üzvlərinin bəzilərini nəzarət altına alıb, xarici dövlətlərə təhvil verdiyi halda, digərlərinə sğınacaq verir. Onlar hətta İran hökumətinin dəstəyini də qazanırlar. İranın uzun sərhədlərinə nəzarət asan deyil. Əfqanıstan qaçqınları vəziyyəti daha da mürəkkəbləşdirir. Əl-Qaidə ünsürlərinin təhlükəszlik xidmətinin gözündən yayındığına da inanmaq çətindir. 2002-ci il ərzində İran həm söz, həm də əməli cəhətdən anti-İsrail fəaliyyətlərini gücləndirmişdir. İranın ali ruhani rəhbəri Xameneyi İsraili “xərçəng şişi” adlandırmışdı. Onun sözlərinin əks-sədası digər liderlərin də çıxışlarında nəzərə çarpmışdı. İran Livanın Hizbullah, Fələstinin Həmaz, Fələstin İslam Cihadı, Fələstinin Azadlıq Xalq Cəbhəsini maliyyə, silah və tə’limlərlə tə’min edir, onlara sığınacaq verir. Tehran İsrail əleyhinə fəaliyyətlərində Hizbullah və fələstinlilərin terror əməllərini təşviq edir. İran Orta Asiya, Əfqanıstan və İraqdakı ekstremist, bir sözlə İsrail əleyhinə olan hər bir qrupa yardım göstərir. 2002-ci ildə İran qeyri-qanuni zorakılıqların qarşısının alınması ilə bağlı 1988-ci ilin protokoluna qoşulmuşdur. Həmdə İran terrorizmlə əlaqədar 12 beynəxlaq konvensiyanın 5-nin iştirakçısıdır. Terrorizmi dəstəkləyən ölkələr Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyətin terrorizmlə mübarizəsini çətinləşdirir. Bu ölkələrsiz terror qruplarının maliyyələşdirilməsi, onların silah və digər materiallar əldə etməsi mümkün olmayacaqdı. Amerika terrorçulara dəstəyin dayandırılması sahəsindəki cəhdlərini davam etdiriəcək.

XS
SM
MD
LG