Azərbaycan prezidenti Heydər Əliyev iki həftə bundan əvvəl çıxış edərkən huşunu itirdikdən sonra müayinə üçün Türkiyəyə yola düşüb. Kütləvi informasiya vasitələrinin mə’lumatlarına görə, Türkiyə paytaxtındakı Gülhanə hərbi xəstəxanasında Heydər Əliyevin ürəyi yoxlanılır. Azərbaycan prezidentinin mətbuat xidməti bununla bağlı açılqmalar verməyib. Lakin ANS teleşirkəti prezidenti müşayət edən adı açıqlanmayan bir mənbəyə istinadən xəbər verib ki, Azərbaycan prezidentinin səhhəti yaxşıdır və o, bir neçə gün ərzində vətənə qayıdacaq. 79 yaşlı prezident Əliyev aprelin 21-də ictimiayyət qarşısında çıxış edərkən iki dəfə huşunu itirib yıxılmışdı. Səhiyyə nazirliyinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, buna prezidentin qan təzyiqinin birdən kəskin aşağı enməsi səbəb olmuşdu.