Accessibility links

Polşa hərbi qüvvələrinin İraqa göndərilməsini istəyir - 2003-05-06


Polşa öz əsgərlərinin beynəlxalq sülhümühafizə qüvvələrinin bir hissəsi kimi İraqda nəzarəti həyata keçirən Almaniya və Danimarkanın hərbi qüvvələrinin tərkibində olmasını təklif edib. Rəsmi nümayəndələr İraqda müharibədən sonra hərbi zonalarda nəzarət üçün min beş yüz əsgərin göndərilməsini planlaşdırdıqlarını artıq e’lan etmişdilər. Lakin Polşa sektorda nəzarət üçün daha artıq əsgəri qüvvə göndərmək istəyir. Birləşmiş Ştatların başçılığı ilə İraqda müharibənin əleyhinə olan Almaniya Polşanın bu təkflindən təəccübləndiyini bildirib. Bununla belə, müdafiə naziri Piter Ştruk məsələni Avropalı həmkarları ilə müzakirə edəcəyini deyib.

XS
SM
MD
LG