Əfqanıstanın təhlükəsizlik xidmətinin rəsmi şəxsləri bildiriblər ki, Birləşmiş Ştatların Kabildəki səfirliyinin keşikçiləri səhvən 4 əfqan əsgərini atəşə tutaraq qətlə yetiriblər. Rəsmi şəxslərin bildirdiyinə görə əfqan əsgərləri Amerika səfirliyinin yaxınlığındakı küçədə yerləşən Əfqan hərbi bazasına silah boşaldarkən möhkəm qorunan səfirliyin gözətçiləri onları hücumçu bilərək atəşə tutmuşlar. Əməliyyat araşdırılır.