Accessibility links

İsrail və Fələstin - 2003-05-22


İsrail bildirir ki , onun hərbi dəniz donanmasının dənizçiləri Qəzzə zolağına fələstinlilərə qaçaq silah aparan bir balıqçı qayığını ələ keçiriblər. Qayıqdakı Livan hizbullah qrupunun bir üzvünü də həbs ediblər. Bu arada Həmas qrupu da bildirib ki , onun liderləri bu gün axşam, ya da sabah Fələstinin Baş Naziri Mahmud Abbas ilə görüşəcəklər. Fələstinlilərin rəsmi şəxsləri deyirlər ki onlar Həmas qerupu ilə bir il müddətinə atəşkəs haqqında bir müqavilə bağlamağı fikirləşirlər. Bu da qrupa İsrail ilə danışıqların aparmasına imkan yarada bilər. Baş Nazir Mahmud Abbas terrorçuluğa qarşıdır. Lakin o Həmas ilə dialoğa daxil olmağı qarşıdurmadan üstün tutur. Həmas Birləşmiş Ştatların siyahısında terrorçu bir qrup göstərilib. Həmas qrupu keçən həftə İsraildə baş verən 5 intihar hücumunun 4-nün məsuliyyətini öz üzərinə götürüb. Baş Nazir Şaron deyir ki , əgər cənab Mahmud Abbas terrorçuluğun qarşısını almasa, İsrailin ona olan münasibəti prezident Yasir Ərəfata olan münasibətə oxşayacaq. İsrail cənab Ərəfatı sülhə əngəl törədən şəxs adlandırır.

XS
SM
MD
LG