Accessibility links

İsrail və Qəzza zolağı arasında 4 İsrail əsgəri həlak olub - 2003-06-08


İsrail ilə Qəzza zolağı arasındakı əsas keçid məntəqəsində həyata keçirilən hücumun nəticəsində 4 İsrail əsgəri həlak olmuş və bir neçəsi də yaralanmışdır. Həmas, Cihad və Əl-Əqsa şəhidləri birqadasının birlikdə etdiyi bəyanatlarında hücumun mə’suliyyətini öz üzərinə götürüblər. Bəyanatda qeyd edilib ki, əməliyyatda hər qrupun bir üzvü iştirak etmişdi. İsrail nümayəndələri deyirlər ki, 3-yaraqlı İsrail ordusunun Erez keçid məntəqəsinə qəflətən hücum etmişdir. Əsgərlər onların üçünü də öldürmüşlər. Minlərlə fələstinli İsraildəki iş yerlərinə getmək üçün bu keçiddən istifadə edir. Təhlilçilər bu hücumu Fələstinin baş naziri Mahmud Abbasa birbaşa cavab kimi dəyərləndiriblər. O, Fələstinin yaraqlı qruplarının İsrailə qarşı hücumlarının dayandırılmasına çalışır. Həməs, Cihad, Əl-Əqsa şəhidlər briqadası, Fələstin Xalq Azadlıq cəbhəsi və Fələstin demokratik azadlıq cəbhəsinin liderləri dünən axşam Qəzzə şəhərində görüşmüş və bundan sonra da İsrailə qarşı hücumlarını davam etdirəcəklərini bildirmişlər. Qrupların liderləri cənab Abbası ötən həftə prezident Buş və İsrailin Baş Naziri Şaronla keçirdiyi görüşündə İsraildən lazımı qədər güzəştlər almaq üçün istənilən qədər təzyiq göstərməməkdə künahlandırırlar. Birləşmiş Ştatların Milli Təhlükəsizlik üzrə müşaviri Kondoliza Rase deyib ki, bu hücuma baxmayaraq hər iki tərəf sülh müqaviləsi əldə etmək üçün fəaliyyətlərini davam etdirməlidir.

XS
SM
MD
LG