Accessibility links

K.Pouell terrorçulara qarşı sərt mövqe tutmağa çağırır - 2003-06-12


Birləşmiş Ştatların dövlət katibi Yaxın Şərq ölkələrinin dövlət başçılarına zəng edib, “yol xəritəsi” sülh planına mane olmağa çalışan Həmas və Fələstin qruplarına qarşı kəskin ölçülər götürülməsinə çağırıb. Dövlət katibi Kolin Pouell terrorizmə görə yol xəritəsinin irəli sürdüyü imkanlar itirilsə, fəlakət baş verəcəyini deyir. Vaşinqtonda iqtisadi konfransın açılışında çıxış edən cənab Pouell demişdir ki, Yaxın Şərq liderləri ilə telefon diplomatiyası aparıb, onları terrroizm əleyhinə çıxış etməyə, terrorçuların maliyyələşdirilməsinə son qoymağa çağırır.“ Bu gün səhər regionun liderləri ilə telefon söhbəti etmiş, onları sülh və fələstin xalqının öz vətənlərinə sahib olma imkanını rədd edən Həmas və Fələstinin islam cinadı qruplarına qarşı sərt mövqe tutmağa çağırmışam”-deyə dövlət katibi bildirmişdir.Dövlət katibi demişdir ki, Yaxın Şərqin hər bir lideri ayağa qalxmalıdır. Gələn həftə cənab Pouell regiona səfər edib, İordaniyada təşkil ediləcək beynəlxalq konfransla yanaşı, “yol xəritəsi” sponsorlarının görüşünü keçirmək niyyətindədir.

XS
SM
MD
LG