Accessibility links

Dünya İqtisadiyyat Forumunun yığıncağı başlanır - 2003-06-21


Dünyanın biznes, siyasi və sosial liderləri İordaniyada keçiriləcək 3 günlük Dünya İqtisadiyyat Forumuna toplaşırlar. Minlərlə nümayəndənin iştirak edəcəyi yığıncaq Ölü dəniz sahilindəki Şuneh kurort şəhərində ciddi təhlükəszlik tədbirləri altında keçiriləcək. Yığıncağın gündəliyində Yaxın Şərqdə sülh problemi, terrorizmə qarşı qlobal mübarizə, habelə müharibədən sonrakı İraqın yenidənqurma işləri yer alır. Yığıncağın iştirakçıları arasında Birləşmiş Ştatların dövlət katibi Kolin Pouell də yer alır.

XS
SM
MD
LG