Federal Təhqiqat Bürosunun nümayəndələri dünən Pensilvaniya, Merilənd və Virginiya ştatlarında həyata keçirilən reydlər zamanı Pakistanda yerəşən Ləşkəre-Təibə qrupu ilə əlqələri olduğundan şübhələnilən 7 nəfərin həbs edildiyini bildirir. Amerika əleyhinə olan bu qrup Kəşmir regionunun Hindistandan ayrılmasının tərəfdarıdır. Federal Təhqiqat Bürosuna istinad edən mətbuat orqanları nəzarət altına alınanlara qarşı ittihamların bu gün axşam irəli sürüləcəyini bildirirlər.