”Nyu York Taymz” qəzetinin yazdığına görə Birləşmiş Ştatların kəşfiyyat nümayəndələri Şimali Koreyanın kiçik nüvə başlıqlarının istehsalı üçün obyektə malik olduğuna inanırlar. Yüksək səlahiyyətli bir nümayəndəyə istinad edən qəzet yazır ki, kəşfiyyat foto-şəkilləri təkmilləşdirilmiş sınaq sahələrinə sübutdur . Qəzet bə’zi rəsmilərin bu obyektdən Pxenyanın nüvə başlıqları istehsalı üçün istifadə edəcəyindən əminliyini yazır. NYT Amerikanın bu mə’lumatları Yaponiya, Cənubi Koreya və digər müttəfiqləri ilə bölüşdüyünü bildirir. Ağ Ev qəzetin yazısına münasibət bildirməyib, lakin administrasityanın Şimali Koreyanın kütləvi qırğın silahları istehsal etdiyindən narahat olduğunu deyib.