Accessibility links

Türkmənistanın Ermənistandakı səfiri itkin düşüb - 2003-07-16


Türkmənistanın Ermənistandakı səfiri Toyli Qurbanov üç gündür ki, itgin düşüb. Səfirliyin rəsmi şəxsləri deyirlər ki, onlar cənab Qurbanovun artıq səfir olmadığı haqda Aşğabaddan sərəncam alıblar. Ermənistanın rəsmi şəxslərinin bildirdiyinə və Türkmənistan müxalifətinin VEB səhifəsində yazılanlara görə üç gündür ki, səfir Qurbanovu və onun ailəsini görən olmayıb. Ehtimala görə o, Ermənistanı tərk edib. Türkmənistan hökuməti bu barədə rəsmi mə’lumat verməyib. Səfir Qurbanovun itgin düşməsi Türkmənistanın Londondakı səfiri Çary Babayevin Britaniyadan siyasi sığınacaq istəməsindən təxminən iki ay sonraya təsadüf edir.

XS
SM
MD
LG