BBC-nin bildirdiyinə görə hökumətin İraq müharibəsi ilə bağlı kəşfiyyat mə’lumatlarını şişirtdiyinə dair mə’lumatı radioya keçən həftə intihar edən silah eksperti Deyvid Kelli vermişdi. BBC nümayəndəsi bunun indi açıqlanmasının Deyvid Kellinin ölümü ilə bağlı şaiyələrə son qoyulması məqsədi güddüyünü demişdir. Kellinin ailəsi keçən həftə parlamentin BMT-nin keçmiş silah müfəttişinin BBC xəbərinin əsas mənbəyi olduğunu bildirməsindən sonra onun ağır təzyiq altında olduğunu bildirir.