Accessibility links

İraqda Amerika əsgərlərinə qarşı hücumlar davam edir - 2003-07-27


Birləşmiş Ştatların Mərkəzi Komandanlığı bildirir ki, Bağdad yaxınlığında Amerika hərbi qüvvəsinin qumbara atəşinə mə'ruz qalması nəticəsində bir əsgər həlak olmuş, biri də yaralanmışdır. Bu əməliyyat Bağdadın şimalşərqində uşaq xəstəxanasının yaxınlığında Amerika əsgərlərinə qarşı edilən hücumdan bir gün sonraya təsadüf edir. Bu hücum nəticəsində 3 əsgər həlak olmuş, dördü isə yaralanmışdır. Həmçinin şənbə günü Bağdadın qərbində Amerika əsgərlərinə qarşı həyata keçirilən hücum nəticəsində bir əsgər də həlak olmuşdur. Keçən çərşənbə axaşamı Mosulda Səddam Hüseynin iki oğlu qətlə yetirildikdən bəri 10 Amerika əsgəri həlak olmuşdur.

XS
SM
MD
LG