Accessibility links

Dehlidə terrora mane olunub - 2003-08-31


Hindistan polisinin bildirdiyinə görə paytaxt Dehlidə terror aksiyası cəhdinin qarşısı alınıb. Polis idarəsinin rəis müavini Nirac Kumar islam yaraqlısı olduğundan şübhələnilən iki nəfərin dünən gecə təhlükəszlik qüvvəsi tərəfindən öldürüldüyünü deyib. Həmin şəxslərin yüksək səlahiyyətili hökumət nümayəndələri və ya milli zəruriyyət rəmzlərinə güclü zərbə vuracağı təxmin edilirdi. Polis idarəsinin rəis müavini bu açılqamanı bu gün Bombeyin ticarət mərkəzində fil allahı Ganeşin şərəfinə təşkil edilən 10 günlük mərasimə toplaşan milyonlarla hindu qarşısında vermişdir.

XS
SM
MD
LG