Accessibility links

ABŞ müdafiə nazirinin İraq səfəri başa çatdı - 2003-09-06


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld İraqa 3 günlük səfərinin sonuncu günü təhlükəsizliyin təminatı məqsədi ilə bu yaxınlarda Mərkəzi İraqda yaradılmış beynəlxalq qüvvələrin başçısı polşalı komandirlə görüşüb. Bu gün cənab Ramsfeld təhlükəsziliklə bağlı cavabdehliyinin beynəlxalq qüvvələrə həvalə edildiyini alqışlamışdır. O, bu çıxışını Nilla və Nəcəf şəhərlərində yerləşən sülhməramlı qüvvələrin Polşanın komandanlığı altına verilməsindən 4 gün sonra tarixi Vavilon ərazisində edib. Qeyd edək ki, Polşa İraqda yerləşdirilmiş Birləşmiş Ştatların başçılığı altındakı koalisiya qüvvələrinə daxil olan 29 dövlətdən biridir. Donald Ramsfeld İraqda təhlükəsizlik baxımından vəziyyətin yaxşi olmadığını etiraf etmiş və son hücumlara görə Səddam Hüseynə sadiq qüvvələr, beynəlxalq terrorist qruplar və adi cinayətkarları günahlandırıb. O, görüləcək işlərin asan olmayacağı, lakin artıq koalisiya qüvvələrinin məqsədlərinə nail olacaqları ilə bağlı və’dlərinə əməl etməyə başladıqlarını demişdir. Dünən cənab Ramsfeld İraqın şimal Tikrit və Mosul şəhərlərindəki koalisiya qüvvələri ilə görüşmüşdü. Cümə axşamı müdafiə naziri koalisiyanın Bağdaddakı müvəqqəti idarəsinin başçısı Paul Bremer, koalisiya qüvvələrinin komandiri general-leytenant Rikardo Sançeslə görüş keçirmişdi. Səfərinin əvvəlində etdiyi çıxışında müdafiə naziri Ramsfeld demişdi ki, Buş administarasiyasının digər dölvətrlərin hərbi dəstəyi və iraqlıların səlahiyyətləri əllərinə almaları üçün yardıma ehtiyacı ver.

XS
SM
MD
LG