Accessibility links

Roma Papasının Slovakiyaya səfəri başa çatıb - 2003-09-14


Roma Papası II İohan Pavelin Slovakiyaya dörd günlük səfəri sona çatıb. Səfər zamanı papa kommunist rejimi dövründə e’dam olunan iki ruhani, rahibə Zdenka Şelinqova və rahib Vasil Hopkonu müqəddəsləşdirib. Onların hər ikisi Slovakiyada kommunist dövründə həbs edilmiş, işgəncələrə mə’ruz qalmışdır. 83 yaşlı Roma papası dini mərasimdə zəif görünür, güclə danışırdı. İohan Pavelin yardımçıları ona dini mərasimi başa çatdırmağa kömək etməli olmuşlar.

XS
SM
MD
LG