Accessibility links

ABŞ-ın hökumət müəssisələri qasırğaya görə ikinci dündür çalışmır - 2003-09-19


Tədricən tropik qasırğaya çevirilən “İzabel” qasırğası milyonlarla insanı işıqsız qoymuş, Birləşmiş Ştatların paytaxtını isə ikinci gündür ki, iflic vəziyyətinə salmışdır. Güclü külək və leysan yağışlarla Amerikanın mərkəzi şərq ştatlarına doğru irəliləyən qasırğa azı 13 adamın ölümünə səbəb olmuşdur. Qasırğa çayların aşıb daşmasına, ev və bizneslərin selə məruz qalmasına gətirib çıxarmışdır. “İzabel” Pensilvaniya və Nyu York istiqamətində şimal ştatlara tərəf istiqamət alıb. Bəzi enerji şirkətləri elektrik xətlərinin bərpası üçün azı bir həftə vaxt istəyirlər.

XS
SM
MD
LG