Accessibility links

ATƏT-in yeni komitəsi açılıb - 2003-09-21


ATƏT-in tərkibində terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədi ilə yeni bir komitə təşkil edilib. Yenicə yaradılmış bu anti-terror aksiyası adlanan komitəyə Birləşmiş Ştatlar 250 min dollar məbləğində vəsait ayırıb. Amerika, Kanada, Avropa, Mərkəzi Asiya, Qafqaz regionundan 55 ölkəni özündə cəmləşdirən ATƏT-in bildirdiyinə görə Amerikanın maliyyələşdiridiyi bu komitə sərhəd bölgələrdə anti-terror əməliyyatlarını mümkün edəcək. Bu əməliyyatlara insan və narkotik maddə qaçaqmalçılığı, çirkli pulların yuyulması və terrorçuluq məqsədi ilə saxta səyahət sənədləri ilə mübarizə daxildir. ATƏT-in terrorizmə qarşı aksiya komitəsinin direktoru vəzifəsinə Birləşmiş Ştatların Dövlər Departamentinin terrorizmlə mübarizə komitəsinin keçmiş direktoru Brain Voo təyin edilmişdir.

XS
SM
MD
LG