Accessibility links

Bleyer İraq müharibəsinə bəraət qazandırır - 2003-09-28


Britaniyanın baş naziri Tony Bleyer BBC teleşirkətinə verdiyi müsahibədə Britaniyanın İraq müharibəsinə qoşulmasının ölkəsinin və dünyanın xeyrinə olduğunu bildirmişdir. O, İraqdakı hərbi əməliyyatlar üçün üzr istəməyə ehtiyac olmadığını demiş və İraqın kütləvi qırğın silahları olması barədə Britaniya hökumətinin iddialarını müdafiə etmişdir. Baş nazir Bleyerin açıqlamaları bəzi rəy sorğularının Britaniya xalqının demək olar ki, yarısının onun istefasını istədiyini göstərdiyi bir vaxta təsadüf edir. “Dünya xəbərləri” qəzetinin keçirdiyi sorğu Bleyerə dəstəyin ən aşağı səviyyədə olduğunu göstərir.

XS
SM
MD
LG