Hindistanın cənub bölgəsində yol kənarına yerləşdirən bomba partlayışı Andra Pradeş ştatının baş naziri Çandrababu Naidunun yaralanmasına səbəb olub. Səlahiyyətli nümayəndələr baş nazirin yüngül xəsarət aldığını deyirlər. Onunla səfər edən digər 3 nəfərin də yaralandığı xəbər verilir. Polis partlayışın cənab Naidunun Tirumala məbədinə ziyarətə getdiyi vaxt baş verdiyini bildirib. Hadisənin məsuliyyətini üzrinə alan olmayıb.