Accessibility links

Əfqanıstanda 6 adam həlak olub - 2003-10-03


ABŞ-ın Əfqanıstandakı Bagram hərbi qərargahı yaxınlığında baş verən təsadufi partlayış nəticəsində 6 mülki əfqan vətəndaşı həlak olmuş, 7-si isə yaralanmışdır. Bagram vilayətinin Qaleye-Golay kəndi Amerikanın hərbi qərargahının qonşuluğunda yerləşən bir kənddir. Partlayışın həmin kənddnə təşkil edilən toy mərasimi zamanı baş verdiyi bildirilir. Həlak olan və yaralananların hamısı bir ailənin üzvləridir. Sakinlərdən birinin bildirdiyinə görə partlayışa uşaqların oynatdıqları partlayıcı qurğu səbəb ola bilərdi. Amerika hərbiçiləri hadisənin səhər saat onda baş verdiyini bildirirlər. Amerikanın tibbi personalı və yanğınsöndürənləri hadisə yerində olmuşlar. Oraya, həmçinin, partlayıcı qurğuları zərərləşdirən xüsusi mühəndis dəstəsi də yollanmışdır. Amerikanın hərbi nümayəndələrinin yardımı ilə hazırda hadisə ilə bağlı istintaq aparılır.

XS
SM
MD
LG