Çeçenistanın seçki komissiyasının rəsmiləri bazar günü prezident seçkilərində Kremlin dəstəklədiyi namizədin qələbə çaldığını bidiriblər. Komissiyanın sədri Əbdülkərim Arsaxanov Əhməd Kadırovun 81 fazini toplayaraq altı namizəd arasında səslərin qələbə çaldığını elan edib. Cənab Kadırov hökumətdə əsaslı kadr dəyişikliyi etməyəcəyini bəyan etmişdir. Rusiya prezidenti Vladimir Putin seçkilərin nəticələrini alqışlayaraq bildirmişdir ki, çox sayda seçicinin iştirakı çeçenlərin sülh və müsbət dəyişikliklərə ümid bəslədiklərini göstərir. Beynəlxalq təşkilatlar müharibə zonasında keçirilən seçkini ligitimləşdirə bilmədiklərini deyərək seçkilərə müşahidəçilərini göndərməmişlər.