Buş administrasiyası ABŞ-ın başçılığı ilə İraqda müharibəni müdafiə etmək və ölkədə sabitliyin yaradılması prosesində tərəqqi əldə olunduğunu göstərmək üçün kampaniya başlayıb. Rəsmilərin bildirdyinə görə, milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Rays Çikaqoda çıxışı ilə kampaniyaya bu gün start verir. Gələn bir neçə gün ərzində prezident Buş və vitse-prezident Dik Çeyninin çıxışları gözlənilir. Rəsmilər cənab Buşun bu ay ərzində Amerika xalqına həftəlik radio müraciətlərinin əsas diqqət mərkəzində İraq məsələsinin yer aldığını bildirirlər. Corc Buş İraqda vəziyyətlə bağlı artan narahatlıqlar fonunda düşən reytiniqini qaldırmağa çalışır.