Accessibility links

BMT əfqan komandirlərini əməkdaşlığa çağırır - 2003-10-12


BMT Əfqanıstanın hərbi komandirlərini təqribən 100 min döyüşçünün tərki-silah edilməsində əməkdaşlığa çağırıb. BMT-nin bu cağırışı prezident Hamid Karzayın Yaponiyanın başçılıq etdiyi planı təsdiq etməsindən sonraya təsadüf edir. Planda Kunduz əyalətindəki yaraqlı dəstələrin tərki-silahı və tərxisi nəzərdə tutulur. 200 milyon dollarlıq bu layihə oktyabr ayının 24-dən etibarən qüvvəyə minəcək. BMT-nin Kabildəki nümayəndəsi bu gün bildirib ki, proqramın uğurlu olmasının məsuliyyəti silahlara malik olanlardan asılıdır.

XS
SM
MD
LG