Accessibility links

Prezident Buş Asiya liderləri ilə görüşüb - 2003-10-19


Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlıq Forumu-APEK-in yığıncağında iştirak etmək üçün Tailandın paytaxtı Bangkokda olan Amerika prezidenti Corc Buş sammitdən əvvəl Asiya liderləri ilə keçirdiyi görüşlərdə Şimali Koreyanın nüvə böhranı, terrorizm və iqtisadi məsələləri müzakirə edib. Prezident Buş və Çin lideri Hu Tsuntao Şimali Koreyanın nüvə böhranına son qoyulması məqsədi ilə altıtərəfli danışıqların davam etdirilməsi razılığına gəliblər. Amerika prezidenti Tailandın baş naziri Taksin Şinavatra ilə görüşü zamanı Tailandın terorizmlə mübarizədəki roluna görə ona təşəkkürünü bildirib.

XS
SM
MD
LG