Accessibility links

YUKOS-un səhmləri dondurulur - 2003-10-30


Rusiya prokurorları ölkənin ən böyük neft şirkətlərindən biri olan Yukosun nəzarət səhmlərini dondurublar. Şirkətin nümayəndəsinin bildirdiyinə görə, hökumət şirkətin paynın 50 faizdən çoxunu ələ keçirib. Bu, Yukosun prezidenti Mixail Xodorkovskinin fırıldaq və vergidən yayınmaq ittihamları ilə həbsindən bir neçə gün sonraya təsadüf edir. Birləşmiş Ştatların Müdafiə nazirliyinin baş müşavirlərindən biri gündəlik “Komersant” qəzetinə verdiyi müsahibədə qeyd edib ki, Rusiya Yukosun prezidentini həbs etdiyi üçün Səkkizlər qrupundan çıxarılmalıdır. Prezident Vladimir Putin həbslə əlaqədar narahatlıqları azatlmaq səyləri çərçivəsində bu gün Kermldə aparıcı xarici investorlarla görüş keçirməlidir.

XS
SM
MD
LG