Gürcüstanın Mərkəzi Seçki Komissiyası hökumət tərəfdarı “Yeni Gürcüstan uğrunda” blokunun parlament seçkilərində irəlidə getdiyini bildirir. Seçicilərin 70 faizinin iştikra etdiyi səsvermədə “Yeni Gürcüstan uğrunda” blokun səslərin 26 faizini, müxalif “Milli Hərəkat” blokununsa səslərin 23 fazini aldığı bildirilir. Bununla yanaşı, müxalifətin daha beş partiyasının parlamentdə yer almaq üçün kifayət qədər səs aldığı deyilir. Çərşənbə axşamı və çərşənbə günləri Tbilisidə yürüş keçirən müxalifət tərəfdarları hökuməti seçkiləri saxtalaşdırmaq və səslərin hesablanması zamanı pozuntulara yol verməkdə ittiham edirlər.