Accessibility links

Türkiyənin baş naziri hücumlarda əli olanlarla amansız olacaqlarına and içib - 2003-11-22


Türkiyənin baş naziri Rəcəp Teyyip Ərdoğan keçən həftə bomba partlayışları nəticəsində 55 nəfərin ölümünə səbəb olan dörd nəfər intiharçının Türkiyə vətəndaşı olduğunu deyir. Təhqiqatçılar intiharçıların Əl-Qaidə terror şəbəkəsi ilə əlaqəsi olub-olmadığını araşdırırlar. Bu gün bomba partlayışı nəticəsində həlak olan iki polis işçisinin dəfn mərasimində baş nazir Rəcəp Teyyip Ərdoğan Türkiyə hökumətinin hücumlarla əlaqədar istintaqda amansız olacağına vəd verib. Baş nazir hücumların məsuliyyətini öz vətəndaşları daşıdığına görə Türkiyənin rüsvay olduğunu bildirib. O, hadisədə əli olan hər bir adamın tapılacağına and içib. Hökumətin bildirdiyinə görə hücumlarla bağlı artıq bir neçə adam nəzarət altındadır. Cümə axşamı İngiltərənin baş konsulluğu və London Bankının Türkiyədəki ofisindəki partlayışlardan sonra İstanbul hələ də sarsıntı içərisindədir. Cənab Ərdoğan deyib ki, bu son hücumda 30 nəfər və bir həftə bundan əvvəl iki sinaqoqa edilən hücumlar nəticəsində isə 25 nəfər həlak olmuşdu. Bu dörd terror hücumunun mə’suliyyətini bir-biri ilə əlaqəsi olan Əl-Qaidə terror şəbəkəsinin bir hissəsi olduğunu iddia edən qrup və Türkiyənin müsəlman ekstremist təşkilatı üzərinə alıb. Cənab Ərdoğan geyd etdi ki, müstəntiqlər türkiyəli hücumçuların xarici terror qrupları ilə əlaqəsi olduğuna inanır. Türkiyə mətbuatının yazdığına görə polis diqqətini Əfqanıstan, Bosniya və Çeçenistanda döyüşən və sonradan Türkiyəyə qayıdan radikal İslamçılar üzərində cəmləşdirib.

XS
SM
MD
LG