Accessibility links

Gürcüstanda fövqəladə vəziyyət elan edilib - 2003-11-22


Gürgüstan prezidenti Eduard Şevarnadze müxalifət güvvələrinin parlamentə hücumundan sonra ölkədə fövqəladə vəziyyət elan edib. O, paytaxt Tbilisidə sakitliyi bərpa edəcəyinə and içib və müxalifətin onun istefası tələbini rədd edib. Hücum zamanı cangüdənləri tərəfindən binadan çıxarılan prezident az sonra müxalifətin bu hərəkətini dövlət çevrilişi adlandırıb. Müxalifət parlamentin tutulmasıni dinc yolla inqilab adlandırıblar. Parlament spikeri Nino Burcanadze özünü müvəqqəti prezident elan edib. Müxalifət liderləri Parlament seçkilərini qeyri-qanuni adlandırırlar. İddia xarici müşahidəçilər və Birləşmiş Ştatlar hökuməti tərəfindən dəstəklənir.

XS
SM
MD
LG