Accessibility links

Beynəlxalq müşahidəçilər Rusiyada parlament seçkilərini tənqid ediblər - 2003-12-08


Rusiyada parlament seçkilərinin monitorinqini keçirən beynəlxalq müşahidəçilər səsvermənin azad, lakin ədalətli olmadan keçdiyini deyirlər. Qərb müşahidəçilərinin bildirdiyinə görə, demokratik standartlara cavab verməməklə Rusiyanın islahatlara sadiq olması məsələsi sual altına qoyulur. Avropada Təhlükləsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının prezidenti Brüs Corc bildirdi ki, parlament seçkiləri təşkilati baxımdan təqdirə layiq olsa da, beynəlxalq standartlara uyğun olmayıb. “Bizdə bütövlükdə seçki prosesi ilə bağlı yaranmış əsas fikir ondan ibarətdir ki, ölkədə demokratikləşmə durğunluq vəziyyətindədir.” Moksvada qərb ölkələrindən digər beynəlxalq müşahidəçilərlə bərabər müxbirlərlə danışan Brüs Corc qeyd etmişdir ki, müşahidəçilər əsas etibarilə hakim partiyanın idarə resurslarından sui-istifadə etməsi və kütləvi informasiya vasitəsilərinin Kreml tərəfdarı partiyalara münasibətdə qeyri-obyektiv mövqe tutmasından narazı qalmışlar. Brüs Corc bu və digər pozuntuların təəssüf doğurduğunu bildirmiş və Moskvanın Avropa və beynəlxalq standartlara uyğun demokratik seçki keçirmək istiqamətində addımlamaq istəyini sual altına qoymuşdur. Cənab Brüs demişdir ki, ATƏT və digər qərb təşkilatları gələn ilin mart ayında prezident seçkiləri keçirilərkən Rusiyada vəziyyətin ciddi şəkildə yaxşılaşacağını görəcəklərinə ümid edirlər.

XS
SM
MD
LG