Accessibility links

BMT informasiya texnologiyası mövzusunda görüş keçirir - 2003-12-10


175 ölkənin nümayəndəsi Cenevrədə Birləşmiş Milltlər Təşkilatı çərçivəsində ilk dəfə olaraq informasiya texnologiyası mövzusunda görüş keçirir. Üç gün davam edəcək iclasın əsas məqsədi varlı və yoxsul ölkələr arasında texnologiya sahəsində yaranmış uçurumu aradan qaldırmaqdır. Afrika ölkələrinin liderləri də bu görüşdə iştirak edir. İsveçrənin ona qarşı nəqliyyat qadağasına baxmayaraq, Zimbabvenin lideri də Cenevrədədir. Bəzi afrikalı liderlər xüsusi fondun təşkil edilməsi təklifini irəli sürüb. Onların dediklərinə görə bu fond vasitəsi ilə varlı ölkələr yoxsul ölkələrə kompyuterlər verə bilər. Lakin bu təklif artıq etirazla üzləşir. Müzakirə edilən digər mövzular arasında, insan haqqlarının İnternet vasitəsi ilə qorunması bə İnternetin beynəlxalq nəzarət altına qoyulub-qoyulmaması olacaq.

XS
SM
MD
LG